Şahmatçılarımızdan iki heç-heçə - “Grand Swiss-2021”

23:51 29.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin üçüncü turunun oyunları keçirilib.

Hafta.az xəbər verir ki, bu mərhələdə şahmatçılarımızdan üçü Rusiya təmsilçiləri ilə mübarizə aparıb. Belə ki, Nicat Abasov Nikita Vityuqovla heç-heçə edib, Vasif Durarbəyli Daniil Dubova, Aydın Süleymanlı Mixail Antipova uduzublar. Digər şahmatçımız Rauf Məmmədovun hindistanlı Arjun Erigaisi ilə qarşılaşması da heç-heçə ilə başa çatıb.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.